16 C
Baku
Tuesday, October 21, 2025

Şirkətlər unun topdansatış qiymətlərini son ay bahalaşdırıb

Azərbaycanda son bir ay ərzində un qiymətləri əksər şirkətlər üzrə artım nümayiş etdirib.

Banker.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 19 sentyabrdan 20 oktyabra qədər olan dövrdə bir çox şirkət 50 kq-lıq un kisələrinin satış qiymətini təxminən 60 qəpik artırıb.

Qiyməti 26.60 manatdan 27.20 manata yüksələn şirkətlər sırasında “Bakı Taxıl Terminalı” MMC, “Dəniz un sənayesi LTD” MMC, “Karmen” MMC, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Orxan UN” MMC, “PAK-NUR” Firması, “Sema” fərdi firması, “Sünbül 2012” MMC, “Taxıl AQRO” MMC, “Xırman” MMC, “SKY AGRO” MMC və fiziki şəxs Cəfərli Tural yer alıb.

Eyni zamanda 26.70 manatdan 27.30 manata qalxan “Anadoluqida” MMC, “AVETA” MMC “KARAT HOLDİNQ” MMC də qiymət artımı edən şirkətlər arasında olub. “ATS MILL” MMC-də də oxşar bahalaşma müşahidə olunub – unun 50 kq-lıq kisəsi 26.75 manatdan 27.30 manata yüksəlib.

Dəvəçi-Dəyirman” MMC “Dəvəçi-Taxıl” MMC-də qiymətlər müvafiq olaraq 26.00 manatdan 26.30 manata və 25.80 manatdan 26.10 manata qalxıb. “Hazartürk LTD” MMC-də 26.60 manatdan 27.10 manata, “Qarabağ un” MMC-də isə 26.50 manatdan 27.00 manata artım baş verib.

Digər tərəfdən, “Azeri-Arapoğlu U.S. və T.LTD” BM 28.00 manatdan 28.40 manata, “Gəncə Dəyirman” MMC 26.90 manatdan 27.50 manata, “Nural” MMC isə 27.00 manatdan 28.00 manata qalxaraq ən çox bahalaşan şirkətlər sırasında qərarlaşıb.

Yalnız “Sarı Sünbül” MMC 27.40 manata qalaraq qiymətlərini sabit saxlayan yeganə şirkət olub.

unun qiymeti-21.10.25

Son xəbərlər
Digər xəbərlər