4 C
Baku
Friday, December 26, 2025

Şirkətlərin bank hesablarındakı pulları azalıb

Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin oktyabr ayında 14 milyon  manat azalaraq 11 646.8 mln. manata düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 10 ay ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 1172 milyon manat azalıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 818.7 milyon manata çatmışdı.

Oktyabrda hüquqi şəxslərin müddətli depozitləri 2 milyon 400 min manat artaraq 1 937.2 milyon manat təşkil edib, tələbli depozitlər isə 17 milyon manat azalaraq 9 709.6 milyon manata düşüb.

Tələbli depozitlər 10 ay ərzində isə 503 milyon 500 min manat azalıb.

Son xəbərlər
Digər xəbərlər