17 C
Baku
Monday, April 29, 2024

Şirkətlərin dövlətə mənfəət vergisi ödənişləri azalıb – Bir aya ₼1.38 mlrd.

Azərbaycanda şirkət və təşkilatlar 2024-cü ilin ilk ayında dövlət büdcəsinə ödədikləri gəlir və ya mənfəət vergisinin həcmini azaldıblar.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər ilin ilk ayında 1 milyard 377.1 milyon manatlıq mənfəət vergisi ödəyiblər.

2023-cü ilin yanvarında cəmi 2 milyard 345 milyon mənfəət vergisi ödəmişdilər. Bu da illik müqayisədə 967.9 milyon manat və ya 41 faiz azalmadır. Lakin nəzərə almaq lazımdır ki, 2023-cü ilin ilk ayında qeydə alınmış rəqəm ölkə tarixində ən maksimal göstərici idi.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

23456789

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər