Azərbaycanda 2021-ci ildə şirkətlərin mənfəət (gəlir) vergisi üzrə büdcəyə ödənişləri artmaqla yanaşı, ümumi də payını artırmaqdadırlar.
Cari ilin ilk 6 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər dövlət büdcəsinə 1 644.3 milyon manat həcmində mənfəət vergisi ödəmişlər. Bu isə 2020-ci ilin ilk analoji dövrü ilə müqayisədə 144.1 mln. manat, yaxud 9.6 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə görə ümumi dövlət büdcəsinin gəlirlərinin 14%-ni hüquqi şəxslərin gəlir vergisi formalaşdırıb. Öncəki ilin eyni dövründə bu rəqəm 12.42% idi.
Qeyd edək ki, dövlət büdcəsinin cari ilin ilk yarısındakı gəlirləri 11 761.2 mln. manat olub, bunun da 2 509.1 mln. manatı ƏDV-dən daxil olub.