24 C
Baku
Tuesday, June 18, 2024

Şirkətlərin insanlara qarşı yaxşı münasibətini göstərən nümunələr

Bu dünyada xeyirxahlıqdan daha xoş və inandırıcı heç nə yoxdur. İnsanlar arasında münasibətlər bu cür işləyir. Biz bizi dinlyən və qayğımıza qalan kəsləri sevirik. Və, əksinə, bizə qarşı soyuqqanlı və pis yanaşan insanları özümüzdən uzaqlaşdırmağa çalışırıq. Belə bir sistem biznes aləmində də keçərlidir.

Lakin əfsuslar olsun ki, bir çox şirkətlər buna əhəmiyyət vermirlər. Bu cür şirkətlər biznesdə şəxsi münasibətlərin heç bir rol oynamadığını düşünürlər.

Biz sizə bu məqalədə brendlərin öz müştərilərinə olan münasibətləri haqqında bir neçə tarixçə təqdim edəcəyik. Bu şirkətlərə qarşı soyuqqanlı qalmaq və onları sevməmək mümkün deyil.

Ən məsuliyyətli otel

Dastin Rey WoodlandsResort’s otelində internet vasitəsilə nömrə sifariş edəndə “xüsusi istəklər” bölməsində zarafatla belə yazır: “Masanın üzərində 3 dənə qırmızı rəngdə M&M qoyun. Birini mənim üçün, o birisini sevgilim və üçüncüsünü hər ikimiz üçün. Bir də yatağın üzərinə bekonun rəsmini qoyun. Mən bekonu çox sevirəm”.

1674155 R3L8T8D 650 4

Dastin sifarişi bir ay öncədən etmişdi və təbii ki, istəyi haqqında daha sonra unutmuşdu.

1673805 R3L8T8D 650 1

Dastin otağa daxil olub masanın üzərində 3 dənə M&M gördüyündə çox təəcübləmmişdi…

1673855 R3L8T8D 600 2

… və yatağın üzərində çərçivəyə salınmış iştahlı bekonun rəsmini.

Bu cuzi xırdalıqlardır, lakin insana çox xoşdurlar!

Xeyirxah Blizzard

On yaşlı Ezra Çatterton (EzraChatterton) adi oğlan uşağı idi, onu başqalarından fərqləndirən yeganə xüsusiyyət onun ölümcül xəstə olması idi. Onun beynində şiş var idi. Lakin bu ağır xəstəliyə baxmayaraq, o, virtual belə olsun həyatdan zövq almağa çalışırdı. Ezra MMORPGWorldof Warcraft-ın pərəstişkarı idi. Ezranın arzusu Blizzard studiyasında olmaq və şirkətin əməkdaşlarından bu oyundan onun şəxsi personajını yaratamaqlarını xahiş etmək idi.

ezra

Ezranın bu istəyi Make-A-Wish fondunda məlum olur (2,5-dən 18 yaşa qədər olan uşaqların arzularını həyata keçirdən təşkilat). Fondun əməkdaşları Ezranın arzusu haqqında Blizzard şirkətinı bildirirlər. Və bu arzu həyata keçir.

Ezranın özünün səsləndirdiyi AhabWheatroof, personajı yaradılır. Həmçinin onu Kyle ləqəbli itinin də personajı yaradılır. Ezranın Blizzarda səfəri yeddi saat davam etmişdi. Bu müddət ərzində o, çox yorulmuşdu, lakin çox xoşbəxt idi.

1675955 R3L8T8D 560 ahab

Ezra 12 yaşında 2008-ci ilin 20 oktyabrında vəfat edir. Lakin onun xatirəsinin şərəfinə Mulqorda Buğdalı saqqallı Anab yaşayır.

Xüsusi sərnişin

1676055 R3L8T8D 650 Singapore Airlines

Bu hadisə 80-cı illərin ortalarında SingaporeAirlines şirkətinin bir sərnişinin başına gəlib. Həmin şəxs hadisə danışarkən məxfi qalmağı istəyib.

“Mən Mumbaidən Sinqapura “Sinqapur avia xəttləri”ilə uçurdum. O zaman Hindistana olan hava nəqliyyatı baha və nadir idi. Mən vegeteriyan idim, nə ət, nə yumurta yemirdim. Bu haqqda mən avia şirkətə bildirdim və şirkət məni xüsusi bir menü alacağıma inandırdı.

Lakin bu haqda təbii ki, şirkət unutmuşdu. Biz artıq havada idik, heç nə etmək olmazdı. Məndən həm stüardessalar, həm də kapitan üzr istədilər.

Bundan sonra bir stüardessa mənim üçün düyü bişirdi və özü üçün götürdüyü meyvələri doğrayıb mənə verdi. Yəni ki, mən ac qalmadım. Biz yerə endiyimiz zaman avia şirkətin meneceri bir daha məndən üzr istədi və məni otelə qədər çatdıran limuzin təqdim etdi. Mən Mumbaiyəyə geri uçanda təyyarənin bütün heyəti mənim hadisəm haqqında xəbərdar idi və məni biznes klassa köçürtdərək mənə xüsusi diqqət yetirirdilər. Mən Bombeydə ofisimə gəldiyim zaman masamın üzərində üstündə məktub olan şokolad qutusu gördüm. Bu məktub «Sinqapur avia xəttlərinin» yerli şöbəsinin başçısından idi və o, məndən bütün avia şirkətin adından üzr istəyirdi.

Bax bu 100% xidmətdir.

Qutunun üzərində dəniz ayısının şəkli

Bir amerikalı bir dəfə superbrightleds.com saytında özünə işıqlı diodlar sifariş edir və “çatdırılmanın xüsusi şərtləri” bölməsində qutunun üzərində silindrə yerləşdirilmiş dəniz ayısının şəklini çəkməklərini qeyd etmişdi. Sifariş etdiyi məhsulu aldıqdan sonra o, bu saytdan dəfələrlə məhsullar sifariş edəcəyini anlamışdı.

1676355 R3L8T8D 650 lamantine

Son xəbərlər
 ⁠
Digər xəbərlər