21 C
Baku
Tuesday, October 8, 2024

Şirkətlərin nizamnamə kapitalındakı dəyişikliyə dair yeni prosedur müəyyənləşib

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları mlə əlaqədardır.

Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi isə “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.

 

Son xəbərlər
Digər xəbərlər