1 C
Baku
Saturday, December 14, 2024

Sirli insanlar (Ihissə)

Əsrlər boyu tarix sirli insanlar haqqında hekayələrlə zəngin olub. Bu insanların əksəriyyətinin şəxsiyyəti təyin olunmamışdı.

Yoldaş Şuşani

2929

Bu naməlum yahudi müəlliminin ləqəbidir. Onun şagirdlərinin içərisində Emmanuel Levinas və Eli Vizel olublar. Onun mənşəyi və həyat tarixçəsi məxfi saxlanılırdı. Bu cənabın məzarı üstündə Montevideo, Uruqvayda belə bir yazı var: Rabbi Şuşaninin xatirəsinə. Onun anadan olması və həyatı sirlərlə doludur. Məzar üstündəki yazı Eli Vizel tərəfindən yəzılmişdi və o, həmçinin baş daşının düzəldilməsinin xərclərini ödəmişdi. Şuşaninin işləri bizə məlum deyil, lakin onun intelektual varisliyi onun tələbələrində saxlanılıb. Yoldaş Şuşanin səfil kimi geyinirdi, lakin müxtəlif sahələrdə, elm, riyaziyyat, fəlsəfə və xüsusilə də Talmud daxil olmaq şərti ilə geniş bilik ehtiyyatına malik idi.

Edqar Ponun gizli pərəstişkarı

2930

Edqar Ponun gizli pərəstişkarı hər il onun qəbrini ziyarət edən sirli bir insandır. Bu qəribə ənənənin əsası 1949-cu ildə yazıçının vəfatından 100 il sonra və hər il Ponun ad günündə (19 yanvar) davam edir. İlk gizli pərəstişkar yazıçının məzarını 1949-cu ildən etibarən hər il vəfat edənə qədər, yəni 1998-ci ilə qədər ziyarət edirdi. Bundan sonra isə bu ənənə onun varisi tərəfindən davam etdirilir. 2008-ci ildə Ponun gizli pərəstişkarının keçirdiyi rituala tamaşa etmək üçün təxminən 150 nəfər insan gəlmişdi. 2009-cu ildə isə Edqar Ponun 200 illik il dönəmi olur, lakin buna baxmayaraq həmin gün çox az insan toplaşır, gizli pərəstişkar isə heç bir məktub buraxmır. 2010, 2011-ci illərdə isə gizli pərəstişkar ümumiyyətlə yazıçının məzarına gəlmir.

Ledi nənə

2931

1963-cü ildə Con Kennedinin öldürülməsinin çəkilməsinin təhlili zaman sirli bir qadına diqqət yetirilmişdi. O, qəhvəyi plaşda idi və başında şarf var idi. Elə görünürdü ki, sanki o, üzünün qarşısında nə isə tutur.

Ehtimal edilir ki, bu fotokamera olub. Həmin qadın bir çox şəkillərdə peyda olub. Hətta çəkilişlər bitdikdən sonra da qadın yerində qalırdı. FTB ictimaiyyətə qadının onlara materialları verməsinin xahiş olunduğunu bəyan etmişdi. Lakin qadın onlara materilları verməyib. Bugünkü günə qədər heç kəs həmin nənənin kim olduğunu və orada nə etdiyini bilmir.

Kaspar Hauzer

2932

1828-ci ilin 26 mayında Nürnberqin bazar meydanında 16-17 yaşlarında qeyri-adi bir yeniyetmə görünmüşdü. Onun üzərində süvari alayının kapitanına ünvanlanmış məktub var idi. Məktubun anonim müəllifi oğlanın onun himayəsinə 1812-ci ilin 7 oktyabrında verildiyini və onun bu uşağa heç vaxt evdən bayıra çıxmağa icazə vermədiyini bəyan edirdi. Hauzer ünsiyyət qurduğu yeganə insanın onu ziyarət edən, lakin heç vaxt öz üzünü göstərməyən sirli bir kişinin olduğunu deyirdi. Xalq Kasparı beşikdən oğurlanmış (rəsmi olaraq ölmüş) Baden taxtının varisi hesab edirdi. Taxtı qəsbkar işğal etmişdi.

Bugünkü günə qədər Kasparın həqiqətdə kim olduğu məlum deyil.

Fulkanelli

2933

Fulkanelli 19-cu əsr fransız əlkimyaçısının ləqəbidir. Onun şəxsiyyəti bugünkü günə qədər təyin edilməyib. Hekayələrdən birinə görə, onun sadiq şagirdlərindən birinin Ejen Kanselyenin Fulkanellinin ona verdiyi tozu istifadə edərək 100 qram qurğuşunun qızıla çevirməyə müvəffəq olduğu deyilir. Müxtəlif vaxtlarda Fulkanellinin əsl şəxsiyyətinin təyin edilməsində müxtəlif variantlar təqdim olunub. Namizədlər arasında məşhur müəlliflər Jan- Jülyen Şampan, Pyer Düjol, Rene Şvalle de Lübiç var idilər. Fulkanellinin kitabında ifşa olunmuş Jenevyeva Dübua belə bir nəticəyə gəlir ki, Şvalle, Düjol və Şampan bir növ triumvirat yaratmışdılar və Fulkanelli ləqəbi altında birgə çalışırdılar.

Son xəbərlər
Digər xəbərlər