5 C
Baku
Saturday, December 14, 2024

Sirli Lomonosov…

Lomonosov – beynəlxalq səviyyəli ilk rus alimi, ensiklopediyaçı, kimyaçı, fizik, astronom, geoqraf, metallurq, şair, rəssam və tarixçi idi. Mixail Lomonosovu demək olar ki, super qəhrəman adlandırmaq olardı. Bir çox qəhrəmanların həyatı kimi, Lomonosovun da həyatı çoxsaylı sirlərlə zəngin idi.

Doğum tarixi:

Heç kim onun nə vaxt doğulduğunu bilmir. Lomonosovun doğum tarixi ilə bağlı heç bir sənəd saxlanılmayıb. XX əsrin əvvəllərində dahinin 200-illiyi üçün dəqiq tarix tələb edildikdə, təqribi rəqəm olaraq 19 noyabr götürülür. Kilsə təqviminə görə 21 noyabr Mixail Arxangel günü idi. Əvvəllər uşaqları müqəddəslərin adları ilə adlandırdıqları və bir neçə gündən sonra xaç suyuna saldıqları üçün bu rəqəm 19 noyabr təxmin edilir. Bununla yanaşı, onun sentyabrda doğulması ilə bağlı gümanlar da var. Və 1711-ci ildə yox, 1712-ci ildə.

O necə inkişaf edib?

Lomonosov kəndli ailəsində dünyaya gəlib. Atası dənizçi idi. İki gəmiyə sahib idi və balıq tutaraq ticarət edirdi. 200 il əvvəl bu mühitdən yuxarı elitaya qalxmaq qeyri-mümkün idi. Lomonosov nə yenilik edirsə etsin, balıq tutmaqla məşğul olmalı idi. Bəs o necə çərçivədən çıxa bilib və Moskvaya gedib? Sirdir. Məlum olan yalnız, ona borc olaraq 3 rublun verilməsidir. O bir günə bu üç rublun üç qəpiyini qidaya, kitablara və şama xərcləyir. 19 yaşlı Lomonosov 8 yaşlı uşaqlarla bir təhsil alırdı. Lakin bu çətinliklər onu əsla utandırmır və o bir ilə 3 sinif adlaya bilir.

O vaxtı bitmiş şəxsiyyət vəsiqəsi ilə necə yaşayıb?

Lomonosov Moskvaya getməyə qərar verdikdə onu şəxsiyyət vəsiqəsi verilir. XVII-XIX əsrlərdə insan öz yaşadığı ərazinin sərhədlərindən kənara çıxdıqda ona şəxsiyyət vəsiqəsi verilirdi. Həmin şəxs geri döndükdə isə bu vəsiqə geri alınırdı. Lomonosovun vəsiqəsi təxminən 1731-ci ilin ortalarına qədər qüvvədə idi. Bildiyimiz kimi o geri qayıtmır.

O Almaniyada vaxtını necə keçirib?

Rusiyada özünə uyğun təhsil müəssisəsi tapmayan Lomonosov dörd illik dövlət təcrübəsi üçün Almaniyaya üz tutur. Burada onu xüsusi olaraq yoxlamadan təqaüd kəsilir. Lomonosov həyatında ilk dəfə idi bu qədər çox pul əldə edirdi. O dərhal öz Moskvada və Peterburqda olan borclarını ödəyir. Daha sonradan o Marburqda pivəçi dul bir qadının yanında kirayə qalır. Lomonosovun qadının qızından xoşu gəlir və onunla görüşməyə başlayır. Qız hamilə olduğunu bildirdikdə isə Lomonosov onunla evlənməli olduğuna qərar verir. O dərhal onunla ailə həyatı qurur, gərçi bu zaman onun buna haqqı yox idi. Belə ki, XX əsrin əvvəllərində bir tələbə evlənmək üçün ilk olaraq rektordan icazə almalı və ona ünvanlanmış ərizə yazmalı idi.

O Almaniyadan necə qayıdır?

Lomonosovun təhsildə işləri qaydasında getmədiyindən Rusiyaya qayıtmaq qərarına gəlir. Lakin ilk olaraq tək qayıtmağı və burada sənədləri qaydasına saldıqdan sonra həyat yoldaşını da gətirməyə qərar verir. O Haaqa yolunda olarkən, Prussiya əsgərlərinin olduğu bir mehmanxanaya daxil olur. Burada onlar həddindən artıq çox söirtli içki qəbul edirlər və Lomonosov artıq özünə gəldikdə o Prussiya əsgəri geyimində idi və üzərində yeni prussiyalı adı qeyd olunmuş sənədləri var idi. O zamanlar hərbi xidmət uzun illər davam edirdi və qaçmaq mümkün deyildi. Çünki onun xidmət etdiyi məntəqə gözətçi qüllələri ilə əhatə olunmuşdu. Belə olduqda, Lomonosov fəallıq göstərməyə və xidməti çox bəyəndiyini göstərməyə başalyır. Artıq üzərindən bütün şübhələri atan Lomonosov bir gün səhər tezdən divardan adlayır, su ilə dolu xəndəkdən keçir və yaş paltar ilə dövlət sərhəddinə doğru 10 kilometr qaçır. Onu tutmağa çalışan əsgərlər bir-neçə dəfə məqsədlərinə yaxın olsalar da, o canını xilas edə bilir.

Peterburqdakı Elmlər akademiyasında necə xidmət edib?

Elmlər akademiyası o zaman artıq 16 il mövcud olmasına baxmayaraq, orada bir nəfər belə olsun rus yox idi, bütün üzvlər alman idilər. Bu səbəbdən də rus akademiklərə ehtiyac var idi. Kanselyariya rəhbəri Şumaxer onu böyük sevinclə qəbul edir. Lakin tezliklə vəziyyət dəyişilir: birincisi, Lomonosovun bütün digər akademiklərdən daha təhsilli olduğu məlum olur. Onların yarısı demək olar ki, latın dilini bilmirdilər. İkincisi isə, Lomonosov akademiyada rüşvətxorluğun mövcud olduğunu aşkar edir. Lomonosov almanları düz yola çəkməyə çalışır, bu zaman yumruqlarını da işə salmaqdan çəkinmir. Bu mübahisələrdən birinə görə, hətta onu bir neçə aylıq həbsxanaya da salmışdılar.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.