Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus (MİDA) “MİDA” MMC Şirvan şəhərinin Naxçıvan küçəsində 8.1 hektar ərazinin şəhərsalma üzrə əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.
Banker.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 27-si, saat 17:00-a qədər şirkətə təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 594-54-01 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.