Sistem Analizi Mütəxəssisi
İş haqqında məlumat:
1. Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq bacarığı
2. Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəmək
3. Şirkətdə istifadə edilən ERP və MRP paketlərinin işləyişini və biznes tərəflərini bilmək
4. Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması
5. Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq.
6. Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi
7. Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması
8. Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi
9. Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək
Tələblər:
1. Ali təhsilli olmalı;
2. Müvafiq sahədə ən azı 3 il iş təcrübə;
3. Kompyuter bilikləri: ERP biznes iş prinsipləri və verilənlər bazası
4. Texniki biliklər:
4.1. Proqramlaşdırma məntiqinin olması və proqram yazılma texnologiyasını bilməsi.
4.2. ERP və MRP proqramları (UNİTY, 1C, SAP) modullarının iş prinsiplərini mükəmməl bilməsi.
4.3. İş proseslərinin analiz edilməsi və texnik tapşırıqların hazırlanmasını mükəmməl bilməsi.
4.4. MS SQL və ya ORACLE verilənlər bazasından analizçi üçün tələb olunan bilgilərə sahib olmaq və aşağıdakı modullarla çalışa bilmək.
4.4.1. Table strukturları ilə işləmək
4.4.2. SQL cümlələrinin yazılması
4.4.3. Stored procedure ve triggerlərdən istifadə
İş şərtləri
Həftə içi 5 gün, saat 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Sistem Analizi Mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.