“Rabitabank” ASC Sistem İnzibatçısı vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
• Active directory (Install, Configure and Administrate) ilə işləmək;
• MS Exchange server 2013/2016 (Installing, Configuring, Toubleshooting) ilə işləmək;
• Windows 2012/2016 bazasında terminal serverlərin sazlanması və dəstəklənməsi;
• SAN/NAS saxlama sistəmlərin idarə edilməsi;
• PowerShell və ya digər vasitələrdən istifadə etməklə proseslərin avtomatlaşdırılması;
• Corporate Antivirus (Cofiguring, Administration) ilə işləmək;
• VNWare (Installing, Configuring, Troubleshooting) ilə işləmək;
• Ehtiyat surətlərin çıxarılması və bərpası .
Namizədə olan tələblər:
• İT sahəsində ali təhsil;
• Microsoft üzrə MCSA, MCP, MCSE sertifikatlarına malik olmaq;
• DNS, DHCP, RDS üzrə biliklər;
• MS System Center (SCCM, SCOM) üzrə biliklər;
• Linux/Unix üzrə biliklər;
• TCP/İP şəbəkə bilikləri;
• Texniki sənədlərin hazırlanması bacarığı;
• İri miqyaslı infrastruktur dəyişikliklərində iştirak;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
• Qısa müddət ərzində problemi aşkarlamaq və həll etmək bacarığı;
• Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
• İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
• Bank sahəsində 3 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem İnzibatçısı göstərməyiniz xahiş olunur