16 C
Baku
Friday, April 19, 2024

Sistem qurma prosesi

Müəllif: müstəqil treyder Orxan Rzayev

Hər kəs emosiyalardan və subyektivlikdən kənar ticarətin önəmini bilir. Bu cür sistem əldə etmək üçün kompüter proqramlarında olduğu kimi “şərti düşüncə prosesi” və ya “əgər/onda” ( if/then ) proses ardıcıllığını tətbiq etmək olar. Bu cümləni aşağıdakı nümunədə izah etməyə çalışacağam.

***Bu yazıda təqdim olunan “sistem” sınanmış və ya “uğuru isbatlanmış” sistem deyil, sadəcə yazının aydın olması üçün seçilmiş nümunədir.***

Deyək ki sistemimiz hazırdır və aşağıdakı elementlərdən ibarətdir:

– 55 RSİ (Relative Strength İndex – nisbi güc indeksi)
– 13EMA və 34EMA (exponential moving average )
– 7ATR (Average True Range)

İndi əgər/onda prinsipini tətbiq edə bilərik. Bu prinsip şərtlərin ardıcıl ödənilməsini tələb edir. Əgər ŞƏRT1 ödənilirsə, keçirik ŞƏRT 2-yə. Əgər ŞƏRT 2 ödənilirsə keçirik ŞƏRT 3-ə. Əgər ŞƏRT 3 ödənilmirsə, onda ən başa qayıdılır.

Sistemimizin şərtlərinə keçməmişdən öncə variantlara və onların “şərhinə” nəzər yetirək:

– hər sistemdə trendin istiqaməti vacibdir, nümunəmizdə 55RSİ köməkçimiz olacaq.

Qısası əgər RSİ (eR-eS-aİ) 50 səviyyəsinin üstündədirsə, bizi ancaq alış maraqlandırır. Yox əgər RSİ 50 səviyyəsini altındadırsa biz ancaq satış əməliyyatı aça bilərik.

–     əgər 13EMA 34EMA`nın üzərində hərəkət edirsə ancaq alışlara baxırıq, aşağısındadırsa yalnız satışlara baxırıq.
–    7 ATR (ei-Ti-aR) bizim stop və hədəf təyinimizə kömək edəcək. Bu indikator son 7 şamın orta qiymət aralığını göstərir. Stopumuz bu aralığı 2 misli olacaq. Nümunə olaraq hədəfimiz də eyni ilə bu qiymətin 2 mislinə bərabər olacaq.
–     Satış siqnalımız şamın 13EMA`nı trend istiqamətində kəsməsi olacaq. Sözsüz qapanışın EMA-nın altında/üstündə (trenddən asılı olaraq) olması vacibdir.

İndi bunları əgər/onda prosesi şəklində sıralayaq (satış vəziyyəti üçün):

1. ƏGƏR RSİ<50 ONDA ancaq satışlara baxırıq (alış siqnallarına məhəl qoymuruq).
2. Birinci şərt bizdən ancaq satışlara baxmağı tələb edir ona görə ancaq 13EMA-nın 34EMA-dan aşağıda hərəkət etdiyi vəziyyətlər bizi maraqlandırır. Şərtimiz: ƏGƏR 13EMA 34EMA-nın aşağısında hərəkət edirsə 3cü şərtə keçirik.
3. ƏGƏR şam 13EMA-nın altında bağlanırsa ONDA satış əməliyyatı açırıq. Stopumuz və hədəfimiz ATR göstəricisinin 2 mislinə bərabərdir.

Bəli bu da bizim sistem. Bundan sonra bizə düşən…Qrafiki bağlamaqdı. Çünki məqsədimiz emosiyalardan uzaq bir treydinqdirsə bizim ekrana baxıb açıq əməliyyatımızın gedişini seyr etmək bu məqsədə kölgə düşürür.

Bu uzun və darıxdırıcı yazını aşağıdakı illüstrasiya ilə yekunlaşdırıram. Ümid edirəm hər şeyi aydın bir şəkildə yaza bilmişəm. Termin və ya digər səhvləri bildirməyi unutmayın (oxuyub qurtara bilsəniz). Aydın olmayan məqamlar şəkildə daha aydın ola bilər. Bu nümunəni yalnız satış üçün verdim, alış üçün şərtlər satışda olanların tam əksi olacaqdır. Uğurlar.

orxan sistem

Son xəbərlər
Digər xəbərlər