23 C
Baku
Tuesday, April 23, 2024

“Siyəzən broiler” və “Avrora” qanunvericiliyi pozur, akkreditə olunmuş qurum deyir

“Siyəzən broyler” və “Avrora” şirkətləri təkcə möminləri aldatmır, həm də qanunları pozurlar, deyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “halal” məhsullarının istehsalçılarını sertifikatlaşdırmaq üçün akkreditə olunmuş “AzeSERT HALAL” MMC-nin müraciətində bildirilir.
 
“Ölkədə “halal” sertifikatları verən yeganə orqan olan “AzeSERT HALAL Ltd”. Azad İstehlakçılar Birliyinə (AİB) şikayət ilə müraciət edib və bunu istehlakçıların diqqətinə çatdırırıq”, – deyə qeyri-hökumət təşkilatının rəhbəri Eyyub Hüseynov Turan-a bildirib. Müraciətdə deyilir ki, “Siyəzən broiler” və “Avrora”nın məhsulları halal adlansa da, müvafiq sertifikata malik deyil. Yəni qanunverciliyə zidd olaraq, onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AzeSERT HALAL” tərəfindən AZS 386-2012 nümuinəsi ilə verilən AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) standartından istifadə edir.
MənbəTuran İA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər