12 C
Baku
Sunday, October 27, 2024

“Siyəzən Broyler” dövriyyə vəsaitlərinin artırılması üçün kredit cəlb etməyi planlaşdırır

“Siyəzən Broyler” ASC səhmdarları gələn ay, yəni, 9 oktyabr 2018-ci il saat 10.30-da  növbədənkənar ümumi yığıncağı keçiriləcəklər.

Banker.az xəbər verir ki, bu barədə Cəmiyyətin açıqlamasında deyilir.

Məlumata görə, gündəliyə “Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürülməsi və kreditin təminatı kimi səhmlərin və əmlakın girov (ipoteka) qoyulması  kimi məsələlər daxil edilib.

Qeyd edək ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.
Ünvan: AZ5300, Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası.
Əlaqə telefonları: 0233040555; 050-273-83-03.

Son xəbərlər
Digər xəbərlər