“Siyəzən Broyler” ASC səhmdarları gələn ay, yəni, 9 oktyabr 2018-ci il saat 10.30-da növbədənkənar ümumi yığıncağı keçiriləcəklər.
Banker.az xəbər verir ki, bu barədə Cəmiyyətin açıqlamasında deyilir.
Məlumata görə, gündəliyə “Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürülməsi və kreditin təminatı kimi səhmlərin və əmlakın girov (ipoteka) qoyulması kimi məsələlər daxil edilib.
Qeyd edək ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.
Ünvan: AZ5300, Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası.
Əlaqə telefonları: 0233040555; 050-273-83-03.