“Siyəzən Broyler”də yanğın olub

“Siyəzən Broyler” ASC-də yanğın olub.

APA Fövqəlada Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər