16 C
Baku
Wednesday, May 8, 2024

Siyavuş Novruzov: “Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir”

“Nə 12-ci, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu”.

Bu fikirləri deputat Siyavuş Novruzov bildirib.

Deputatların əməkhaqlarından danışan millət vəkili əlavə edib ki, onlar hazırda təxminən 5 min manata yaxın maaş alırlar: “Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsilhaqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər