5 C
Baku
Sunday, February 25, 2024

Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Bu barədə YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olmuşdur.

Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.

1987-1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır.

1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995-2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə Xidmət Ordeni” lə təltif olunub. 16 fevral 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan, rus və ingilis dillərin bilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər