9 C
Baku
Thursday, December 12, 2024

Sizə istirahətin lazım olduğunu göstərən 4 əlamət

Əgər vaxtında işdəki yükünüzü azaltmasanız, tezliklə xəstəxana yatağına düşə bilərsiniz. Bəs normadan artıq işləmək hissini, sadəcə taqətdən düşməkdən necə fərqləndirmək olar?

İdmançılardan nümunə götürün. Sizin gücsüz halda yıxılmağınıza az qaldığını göstərən dörd əsas əlaməti diqqətinə çatdırırıq.

Hamıya bəzən işlərinə ara verib istirahət etmək lazımdır, amma biz bunu adətən çox gec başa düşürük. Həmin an bizim qüvvələrimiz tamamı ilə tükənmiş olur və biz üzü üstə yorğunluğun üstünə yıxılırıq. Əvvəlki təşəbbüskarlığı və yaradıcı ilhamı bərpa etmək üçün günlər, bəzən isə həftələr tələb olunur. Oxşar bir şeylər idmançılarda da müşahidə olunur, buna həddindən artıq məşq etmək nəticəsində bədəni xroniki zəif salmaq deyilir. Inc.com saytı velosiped yarışlarının ulduzu Ceremi Bişopdan həddindən artıq yorulmanın nişanlarını qabaqcadan duymağın sadə sirlərini onlarla paylaşmağı xahiş etmişdir.

1. Sakit halda olanda ürək döyüntünüzün səsini ölçün

Hər gün çarpayıdan qalxmamışdan əvvəl öz nəbzinizi ölçün. Siz işlə həddindən artıq yüklənmiş olanda, sizin orqanizm beyinə və əzələlərə artırılmış miqdarda oksigen göndərir ki, bu da nəbzin sürətlənməsinə  səbəb olur. Eyni şey ağır məşqlərdən sonra idmançıların da başına gəlir. Əgər sizin nəbz həddindən artıq yüksəkdirsə, əlavə istirahət və yuxu üçün vaxt tapmağa çalışın.

2. Emosiyalarınıza diqqət yetirin

Sizə elə gəlir ki, pis günlərin sayı artıb?  Tez-tez qıcıqlanır və özünüzdən çıxırsınız? Xroniki stresslərin və yorğunluğun fiziki səbəbləri də ola bilər, məsələn ya kortizolun miqdarı həddindən çoxdur, ya da defominin miqdarı azdır. Əlbəttə özünü müsbət dalğaya yükləmək olar, amma kimyanı belə asanlıqla məğlub etmək olmaz. Əksər hallarda yeganə əlac işdə fasilə verməkdir.

3. Öz çəkinizdə baş verən dəyişiklikləri müşahidə edin

Əgər siz gün ərzində öz adi çəkinizin 1%-dən çoxunu itirir və ya əksinə artırısızsa demək nə isə qaydasında deyil. Ola bilsin ki, dünənki gün o qədər gərgin olub ki, gün ərzində nə qədər az və ya çox yediyinizi, həmçinin içdiyinizi heç hiss də etməmisiniz. Ac qalma və ya daimi susuzluq sizin problemi yeni və daha kəskin psixoloji nasazlıq səviyyəsinə keçirə bilər. Amma çox yemək isə əlbəttə ki, sizin belinizin ölçülərində özünü göstərəcək.

4….orqanizm ilə…

Sidiyin rənginə əsasən orqanizmdə mayenin miqdarının səviyyəsini müəyyən etmək olar (doğrudur, rəngə həm də vitaminlərin miqdarı təsir göstərə bilər). Düzgün nəmlənmə zamanı qidalı vasitələr daha yaxşı həll olunur, sorulur və siz özünüzü daha enerjili hiss edirsiniz. Sidik nə qədər açıq olsa, demək suyun miqdarı bir o qədər çoxdur. Əgər sidik tünddürsə, daha çox maye içməyiniz tövsiyə olunur.

Məqsəd odur ki, sadalan dörd göstəricinin hər birini eyni zamanda uzun müddət ərzində izləyəsiniz və məhz sizin üçün nəyin normal olduğunu müəyyən edəsiniz. Əgər istirahət günlərində və ya məzuniyyət vaxtı sizin orqanizm xeyli dərəcədə yaxşılaşırsa, demək yaxşı olar ki, öz iş qrafikinizə yenidən nəzər salasınız.

Son xəbərlər
Digər xəbərlər