17 C
Baku
Friday, September 27, 2024

Siz hansı şəxsiyyət növünə sahibsiniz?

Hər bir insan fərqlidir. Hər kəsin öz xüsusiyyətləri, vərdişləri, həyat tərzi var. Lakin alimlər insanların sadəcə fərqli olduğu ilə razılaşa bilmirlər. Ona görə daim araşdırmalar aparırlar.

Biz sizə bu məqalədə sizin hansı şəxsiyyət növünə aid olduğunuzu təyin edəcək testlər təqdim edəcəyik.

Siz hər hansısa işlə məşğul olanda adətən:

1. Ətrafınızdakıların sizin səylərinizi necə qiymətləndirəcəkləri haqqında düşünürsünüz
2. Özünüzü tamamilə işə həsr edirsiniz
3. Yeni nəsə öyrənəcəyiniz üçün sevinirsiniz
4. Səbrsizliklə işinizin nəticələrini gözləyirsiniz

Əgər şərtlər sizi sıxırsa, siz:

1. ətrafınızdakılara necə çətin vəziyyətdə olduğunuzu görsədirsiniz
2. daxilən gərginlik keçirirsiniz
3. buna adi, soyuqqanlı yanaşırsınız
4. hər şeydən və hər kəsdən küsürsünüz

Sizin həyatda bəxtiniz gətirir?

1. Bəli
2. Bu haqqda heç vaxt düşünməmişəm
3. Həyatımızda baş verən hər şey yaxşılığa doğrudur
4. Bəzən həyat qəddar olur

Siz qəzəbinizin öhdəsindən necə gəlirsiniz?

1. Emosiyalarınızı daxilinizdə saxlayırsınız, onlara daim nəzarət edirsiniz
2. Belə hallardan qaçırsınız
3. Sakitləşmək üçün qəzəbinizi birüzə verirsiniz
4. Siz onu heç idarə edə bilmirsiniz

Qorxu hissinizi dəf etmək üçün sizə nə kömək edə bilər?

1. ətrafınızdakı insanların diqqəti
2. Gözlənilməz hadisələr
3. Yeni təəssuratlar
4. Öz daxili gücünüz

Əgər bir kitab sizin xoşunuza gəlməyibsə:

1. Bu kitabı artıq oxuyanlardan əsərin nə ilə bitdiyini öyrənməyə cəhd edərəm
2. Sona qədər oxuyarsınız
3. Kitabı bağlayıb və bir daha ona qayıtmazsınız
4. Əsərin nə ilə bitdiyini görüb sakitləşərəm

Siz nəyə görə mükafat almaq istəyərdiniz?

1. Öz yaradıcı nailiyyətlərinizə görə
2. Hər hansısa bir ixtiraya görə
3. Qəhrəman davranışa görə
4. İctimai fəaliyyətinizə görə

Hansı hal sizin üçün ən xoşagəlməz ola bilər?

1. Böyük kütlənin ortasında olmaq
2. Həmin kütlə qarşısında kürsüyə çıxmaq
3. Başqaları əylənərkən işləməyə məcbur olmaq
4. Planlarımın düzgün şəkildə getməməsi

Əgər siz öz yaxınlarınızın diqqətini cəlb etmək istəsəniz:

1. Adətən sizin yaxınlarınız sizə yetərincə diqqət ayırırlar
2. Eyham edərsiniz
3. Hər şeyi olduğu kimi deyərsiniz
4. Özünüz onlara xoş olacaq nəsə edərsiniz

Siz öz dəyərinizi bilirsinizmi?

1.Dostlar adətən sizə sizin dəyərli olduğunuzu deyirlər
2. Təbii ki, nə qədər dəyərli olduğunuzu bilirsiniz
3. Heç vaxt bu haqqda düşünməmisiniz
4. Bu suala cavab vermək üçün tərəddüd edirsiniz

Siz insanları manipulyasiya edə bilirsinizmi?

1. Bəli, siz bunu yaxşı bacarırsınız
2. Ancaq yaxşı tanıdığınız insanları manipulyasiya edə bilirsiniz
3. Xeyr, bu sizin ən güclü xüsusiyyətiniz deyil
4. Adətən siz istəmədən buna nail olursunuz

Siz nə zamansa günahlarınızın sayını saymısınızmı?

1. Bir dəfə zarafatla saymışdım
2. Xeyr, bunu mənasız hesab edirəm
3. Onsuz da öz çatışmayan cəhətlərimi bilirəm, günahlarımı saymağa ehtiyac yoxdur
4. Sayıb onları nəzərə almışdım

Şirkətdə siz adətən:

1. Kollektivin hər şeyisiniz
2. Kənardan izləyicisiniz
3. Fəal iştirakçısınız
4. Boz kardinalsınız

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.