16 C
Baku
Monday, May 6, 2024

Siz xoşbəxtsiniz, əgər…

…Əgər bu gün səhər sağlam oyanmısınızsa, gələn həftəyə sağ çıxa bilməyəcək 1 milyon insandan daha xoşbəxtsiniz.

…Əgər siz heç bir zaman müharibə görməmişsinizsə, dustaq həyatının təkliyini yaşamamısınızsa, işgəncə və aclığın əzabını hiss etməmişsinizsə, bu dünyada 500 milyon insandan daha xoşbəxtsiniz.

…Əgər siz məscidə və yaxud kilsəyə həbs və yaxud edam olmaq qorxusu olmadan gedə bilirsinizsə, bu dünyada 3 milyard insandan daha xoşbəxtsiniz.

…Əgər sizin soyuducunuzda yeməyiniz, əyninizdə geyiminiz, ayağınızda ayaqqabınız, başınız üstündə damınız varsa, bu dünyada 75% insandan daha dövlətlisiniz.

…Əgər sizin bankda hesabınız, pul qabınızda pulunuz və daxılınızda bir neçə qəpiyiniz varsa, bu tələbatlarla təmin olunmuş dünya əhalisinin 8%-nə aidsiniz.

…Əgər siz indi bunu oxuyursunuzsa, siz oxuya bilməyən 2 milyard insanın sırasına daxil deyilsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər