14 C
Baku
Sunday, November 24, 2024

Sizcə olimpiada həqiqətən gəlirli sahədir?

27 iyul 2012-ci ildə Londonda ХХХ Olimpiya oyunlarının “Möcüzələr adası” adı altında yubiley açılış mərasimi keçirildi. Tribunalarda toplanmış 80 min tamaşaçı, həmçinin dünyanın müxtəlif yerlərində  bu möhtəşəm açılışı izləyən milyonlarla insan idmançıların təntənəli paradının, olimpiya andlarının və Olimpiada məşəlinin alovlandırılması mərasiminin şahidi oldular. 

Olimpiadanın təkcə açılış mərasiminin büdcəsi 27 milyon funt sterlinq təşkil etmişdir, stadionların qurulması isə 486 milyon funta başa gəlmişdir. Təşkilati komitə qeyd edir ki, Olimpiya oyunlarının keçirilməsi, Londona nə az, nə çox 11 milyard avroya başa gələcək.

Olimpiada –olduqca qayğılı və məsrəfli bir işdir. Hər bir ev sahibi olan ölkə istəyərdi ki, təşkilatı məsələlərə sərf olunan xərclər, Olimpiya oyunlarından gələn mənfəət ilə kompensasiya olunsun. Bəs belə böyük xərcləri yaradan nədir, əsas məsrəflər nə ilə bağlıdır?  Və ümumiyyətlə Olimpiada gəlirli işdirmi?

olimpiada london 400.jpg

 Bir qayda olaraq, əsas vəsait xərcləri idman obyektlərinin tikintisi, infrastrukturun inkişafı, əmək personalının əməkhaqqının ödənməsi və mərasimlərin təşkil olunması ilə bağlı yaranır.

Qazanmaq yolları kimi sponsor müqavilələrini, lisenziyalı məhsulları, yarışların yayım hüququnun satılmasını, həmçinin bilet satışını nümunə göstərmək olar, bu vasitələrlə ilə siz əsas gəlirləri əldə edə bilərsiniz.

Praktika göstərir ki, Olimpiadanın təşkili bir qayda olaraq zərər ilə nəticələn bir layihə olur. Olimpiadaların Solt-Layk-Siti (2002), Afina (2004), Turin (2006) və Vankuver (2010-cu il) təşkilatçıları Olimpiadadan borc içində çıxdılar.

olimpiada london2 400.jpg

Ən böyük itki ilə müşahidə olunan Olimpiada isə 1976-cı ildə, Monrealda baş vermişdir, təşkilatçılar öz borclarını bu hadisədən yalnız 30 il keçdikdən sonra tam ödəyib qurtara bilmişdi.

Amma olimpiadaların keçirilməsi zamanı kommersiya uğuru qazanan ölkələr də olmuşdur. Gəlirliyinə görə isə ön yerləri tutan ölkələr sırasında ABŞ, Koreya və Avstraliyanın (Los-Anceles 1984, Seul 1988 və Sidney 2000-ci illərdə) adını çəkmək olar.

Monrealda fiaskoya uğradıqdan sonra Beynəlxalq Olimpiya komitəsinin rəhbərliyi nəzdində Olimpiadanın tərəfdaş-sponsor kompaniyası yaradılır. Proyektin adı TOP (the Olympic Partners Programme) olur. Bura dünyaca məşhur Coca-Cola, Mc Donald’s, Visa, Kodak və s kimi digər məşhur kompaniyalar daxildir.

Hal-hazırda, bu gün Olimpiadanın oyunlarının keçirilməsi üç səviyyədə maliyyələşir: birincisi TOP proqramlarıdır, ikincisi rəsmi tərəfdaşlar. Və üçüncüsü isə adi, sıradan olan  sponsorlardır.

olimpiada london3 400.jpg

İstənilən halda Olimpiadanın rentabelliyinin  dərəcəsinin dəqiqliklə qiymətləndirmək qeyri mümkündür. : belə ki, dünyanın müxtəlif məkanlarında yerləşəm əksər Olimpiya obyektləri indiyə qədər istifadə olunur və artıq çoxdan öz qiymətlərini çıxardıblar. Məsələn Moskva Olimpiadasının keçilməsi üçün  «Олимпийский» (Olimpiya) və «Крылатское» 9 (Krılatskoe) idman kompleksləri, «Шереметьево-2» (Şeremetova-2)  hava limanı inşa edilmiş, həmçinin şəhərin infrastrukturu yaxşılaşdırılmış, çox saylı mehmanxanalar, yolar və otellər və s tikilmişdi

Olimpiada Londona da çoxlu geyir gətirib:  2 milyon ton torpaq sahəsi təmizlənmiş, minlərlə ağac əkilmiş, 25 min nəfərlik stadionda aparılan rekonstruksiya işləri sayəsində onun tamaşaçı tutumu 80 min nəfərə çatdırılmışdı. Boşaldılmış ərazidə isə 8 min yeni mənzil salınacaq. Digər stadionları və su idman mərkəzini də gələcəkdə də istifadə etmək planlaşdırılır.

olimpiada london4 400.jpg

Yeri gəlmişkən, təkcə Londonun bütünlüklə East End rayonunun yenidən bərpa olunması faktı özlüyündə olimpiadaya çəkilmiş bütün xərcləri qapayır. Ona görə də rahatlıqla İngiltərə paytaxtının öz gələcəyinə investisiya etdiyini söyləmək olar.

Son xəbərlər
Digər xəbərlər