Sizdə iPhone-dur, yoxsa Android? Smartfonunuz sizin barənizdə nə deyir?

0

Smartfonlar bizim “mənin” bir hissəsinə çevrilib. Çoxumuz günün 5 saatını telefonda keçiririk. Bəs smartfonlar biz və bizim xarakterimiz barədə nə deyə bilər?

Böyük Britaniyadakı Lincoln və Lancaster univeristetlərindən olan tədqiqatçılar qrupu Android və iOS əməliyyat sistemi bazasında çalışan 500 smartfon istifadəçisinin davranışlarını, vərdişlərini və öz telefonlarına münasibətlərini araşdırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onlar belə bir nəticəyə gəliblər ki, smartfon seçimi həqiqətən onun sahibinin bəzi keyfiyyətlərini əks etdirir.

Belə ki, alimlərin fikrincə, Android-ə üstünlük verənlər iPhone alıcılarından daha səmimi insanlardır. Lakin iPhone istifadəçiləri yaşca daha kiçik və daha açıqdırlar.

Tədqiqat göstərib ki, qadınların iPhone-a sahib olmaq şansı kişilərdən iki dəfə çoxdur. Lakin alimlər bunun baş vermə səbəblərini bilmirlər.

Android bazasındakı smartfonların istifadəçiləri öz növbəsində ən çox kişilərdir və çoxuda böyük yaşda olanlardır.

Smartfonlar öz sahiblərinin mini versiyasıdır

Tədqiqatçılar hesab edir ki, smartfon seçimi insana öz şəxsi keyfiyyətlərini göstərmək imkanı yaradır.

Tədqiqat müəlliflərindən biri Heather Shaw deyir ki, smartfonlar artıq öz sahibinin mini-rəqəmsal versiyasına çevriliblər.

“Bir çox insan başqaları tərəfindən telefonunun götürülməsini xoşlamır, çünki telefon vasitəsi ilə bizim haqqımızda şəxsi fikirlər söyləmək olar”, o izah edib.

Öz iPhone-larına bağlı olan insanlar Android smartfonlarının sahiblərindən varlı deyillər. Lakin “almasevərlər” telefonlarının hansısa mövqenin göstəricisi kimi qəbul olunmasından daha narahatdırlar. Onlar Android-ə üstünlük verənlərdən daha emosionaldırlar.

Alimlərin fikrincə, Android-ə üstünlük verənlər iPhone alıcılarından daha səmimi insanlardır.

Tədqiqat müəllifləri insanın hansı smartfondan istifadə etdiyini müəyyən edən kompüter proqramı hazırlayıblar.

“Biz insanlara özləri barədə bir neçə sual verməklə statistika modeli yaratmağa nail oduq. Bu məlumatlardan yola çıxaraq həmin proqram bir insanın cibində hansı smartfon olduğunu 70 faiz müəyyən edir”, müəlliflərdən biri David Ellis bildirib.


  • Bütün dünya üzrə satılan smartfonların 90 faizi ya Android, ya da iOS əməliyyat sistemində çalışır
  • Android əməliyyat sistemi dünyada ən məhşurdur. Dünya bazarının 88 faizi onun payına düşür
  • Böyük fərqlə ikinci yerdə olan iOS əməliyyat sisteminin payına bazarın 12 faizi düşür

©BBC Azərbaycanca