21 C
Baku
Thursday, April 25, 2024

Sizi elə bu gün işdən qovacaqlar!

İşə götürəndə asta-asta, amma qovanda dərhal. Belə bir deyimin olduğunu eşitmişdiniz? Sizin kompaniyanızın səviyyəsini onun ən zəif əməkdaşı müəyyən edir. Aşağıda mümkün qədər qısa müddətdə işdən çıxarılması lazım olan adamların siyahısı verilmişdir. Nə qədər tez olsa, o qədər yaxşı.

Ola bilsin ki, insanları işdən çıxartmaqdan daha çətin bir iş və ya tapşırıq yoxdur. Bu psixoloji cəhətdən çətindir və müdirə əlavə bir nüfuz qazandırmır, amma hamı bilir ki, – iş adamı olmaq (biznesmenlik) – populyarlıq yarışması deyil.

Son 40 il ərzində ondan artıq yüksək texnologiyalı biznesin əsasını qoymuş iş adamı Hovard Tullman inc.com saytında biznesi quyunun dibinə çəkən üç növ əməkdaş haqqında danışır.

1. Səy göstərməyən və işə can yandırmayan

Tullman işə özlərini bütünlüklə həsr etməyə və öz işlərinə qarşı biganə, laqeyd davranan insanları işdən çıxarmağa çalışır. Bu iki xüsusiyyət –bağışlanmaz, ölümcül günahlardır, xüsusən də söhbət yeni qurulmaq üzrə olan bizneslərdən gedirsə. Ona görə də Tullman belə insanlar ilə öz yolunu ayırdıqda elə də güclü daxili iztirablar keçirmir.

2. Əlindən gələni edir, amma nəticə yoxdur

Problemli əməkdaşların növbəti tipi – bu o, insanlardır ki, sanki bütün gün çalışır-vuruşur, amma yenə də ortalığa düz-əməlli bir şey çıxarmaq mümkün olmur. Onlar ürəkdən istəyirlər, amma sadəcə qarşıya qoyulan tapşırığın həlli üçün yetərincə qabiliyyətli və ya bacarıqlı deyillər (ya da artıq öz qabiliyyətlərini itirirlər).

Bu tip insanların uzun müddət heç nəyə nail olmamaq kimi “heyrətləndirici” bir istedadları var. Nəhayət sonda elə bir cəsarətli insan tapılır ki, onlara göstərilən səylər deyil, əldə olunan nəticələr haqqında sərt bir sual verməyə cürəti çatır. Axı nəticə yoxdursa, demək ki, hər şey səmərəsizdir. Məhz bu onda qeyd etdiyimiz ikinci tip insanların səyahəti başa çatır.

Tullman əmindir ki, belə insanları da işdən çıxarmaq daha yaxşıdır, amma bu zaman onlarla son dərəcədə ədalətli və vicdanlı davranmaq lazımdır. Onlara bir yaxşılıq edin –acı da olsa, sözün düzünü söyləyin.

3. Müvafiq olmayan

Elə əməkdaşlar da vardır ki, onlar olduqca sədaqətli və zəhmətsevərdir, amma sadəcə kompaniyanın mədəniyyətinə uyğunlaşa bilmirlər. Məsələn, Tullmanın bütün müəssisələrində əməkdaşlar adətən “son damla qanacan” səy göstərməyə hazırdır, onlar sanki, öz “işlərinin xəstəsidir”. Ofisdəki bir çox şeylərdə məhz buna işarə edir. Məsələn, əksər divarlarda və lövhələrdə belə tip yazıya rast gəlmək olar: «İnadkarlıq və əmək –hər şeyi üstələyəcək», «Əzmkarlıq istedaddan daha vacibdir», «Əgər siz paranoiksinizsə, bu o demək deyil ki, sizi izləyən yoxdur». Həmçinin də bu ruhda yazılmış başqa ifadələrə də rast gəlmək olar. Tullmanın işə götürdüyü hər bir adam bunları görür və oyunun ümumi qaydalarını qəbul edir.

Amma bəziləri özlərini «psixlərin əsirliyinə» (Tullman öz komandasını belə adlandırır) təslim etmək üçün həddindən artıq «normal insan» hesab edir. Əgər siz öz işinizin və biznesinizin dəlisi deyilsinizsə, onda sanki komandadan kənarda qalır və öz həmkarlarınızda şübhə oyadırsınız, mütəxəssis qeyd edir.

İşdən çıxarılan əməkdaşlardan biri Tullmandan xahiş edir ki, ona bu qərarının açıqlamasını aydın şəkildə izah etsin. Sizə Tullmanın ona yazdığı cavabı təqdim edirik:

«Bizim kompaniya çox sürətli və demək olar ki, şiddətli bir bazarda fəaliyyət göstərir. Bizim işçilərimizin əksəriyyəti əməkgün (işləməyi xoşlayan) və perfeksionistdirlər (hər şeydə mükəmməlliyə can atan). Biz hamımız inanırıq ki, bu rəqabət yarışında yalnız bu yolla qalib gəlmək mümkündür.

Sadəcə bu iş hamı üçün deyil. Xüsusən də bu iş ailə qurmaq istəyən və işdən kənar əyləncələri olan və normal həyat tərzi yaşamaq istəyənlər üçün daha çətindir. Mən fikirləşirəm ki, siz psixlərin arasında işləmək üçün həddindən artıq yaxşı tərbiyə almısınız, siz belə işə layiq deyilsiniz, bu sizin yox, bizim utanc səbəbimiz olmalıdır. Vəziyyət belədir ki, sizin üçün bundan artığını edə bilmərik. Ən yaxşı arzularla sizdən ayrılırıq».

Son nəticədə hər şey sizin strateji –təməl xarakterli seçim prinsipinizin üzərində dayanır, Tullman yazır. Ya siz bir insanı işdən çıxararaq, onun müvəqqəti olaraq özünü bədbəxt hiss etməsinə səbəb olacaqsınız, ya da elə fərsiz kompaniya yaradacaqsınız ki, orada bütün işçilər özünü bədbəxt hiss edəcək, çünki siz düzgün və biznesin inkişafı üçün lazım olan qərarları qəbul etməyə cəsarətiniz çatmır.

Sizə fayda verməyən insanların qeydinə qalmaqla siz iki qat səhvə yol vermiş olursunuz. Birincisi, siz faydasız və səmərəsiz əmək müqabilində pul ödəyirsiniz, bu sizə dəyəcək daha böyük zərərlə müqayisədə hələ heç nədir. Siz “uğursuz” işçiləri işdə çıxarmaq qabiliyyətinizi itirən kimi, ən yaxşı əməkdaşlarınız sizdən üz döndərməyə və çıxıb getməyə başlayır. Bu isə kompaniyanın ölümünə gətirib çıxarır.

Bəs siz bu üç növ əməkdaş haqqında nə düşünürsünüz? Onları doğrudanmı qovmaq lazımdır?

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər