5 C
Baku
Saturday, December 14, 2024

Sizi nəyə görə işə götürmürlər?!

Buna bir neçə səbəb göstərə bilərik. Lakin aşağıda sadalayacağımız 3 səhvə yol verməklə hətta ən mükəmməl namizədlər belə öz işədüzəlmə şanslarını əldən verə bilərlər.

1. Həvəsli olduğunuzu lazımınca nümayiş etdirə bilməmək:

Demək olar ki, istənilən sahə üzrə uğur qazanmaq üçün öz işinizə yüksək dərəcədə vurğun olmalısınız. Lakin hər şey öz miqdarında gözəldir və burada da ifrata varmamaq mütləqdir. Müsahibədə gələcək işinizə qarşı necə həvəsli və tam hazır vəziyyətdə olduğunuzu nümayiş etdirin.

Sizin işinizə qarşı yüksək həvəsli olduğunuzun əsas nişanələri isə bədən diliniz, yəni səsinizdəki ton, gözlərinizdəki parıltı və yerində olan həyəcandır.

2. Vəzifə təlimatlarını qəbul etməyə meyl göstərməmək:

Bir çox hallarda namizədlər müsahibə zamanı sözügedən vakansiya haqqında hər bir şeyi bilirmişlər kimi davranırlar. Əslində isə sadəcə vakansiyanın adını oxumaqla kifayətləniblər. Bir çox hallarda hər bir şirkətin müəyyən vakansiya üçün namizədə uyğun əlavə tələb və təlimatları olur. Və təəssüf olsun ki, müsahibənin bu hissəsini rədd edərək bu zamanı öz nailiyyətləriniz və təcrübəniz barədə danışmaqla keçirirsiniz. Bu məlumatlar isə bəzən cari vakansiya ilə heç bir bağlılıq təşkil etmir.

3. Suallar verməmək:

Vakansiya üzrə hər bir yaxşı namizədin yeri gəldikdə vermək üçün əvvəlcədən hazırlanmış sualları olur. Sualların məhz müsahibə zamanı verilməsi daha məqsədəuyğundur.

Müsahibədən mənfi cavabla ayrılmış əksər namizədlərin yol verdikləri əsas səhv məhz bu üçüncü punktla bağlıdır.

Son xəbərlər
Digər xəbərlər