14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Sizi rahatlıq zonasından çıxaracaq 15 vərdiş

faizlere

1. Daha tez durun

Ən ideal variant – günəş doğmazdan əvvəl. Digərləri yatarkən, sakitcə məhsuldar bir günə köklənə bilərsiniz.

2. Səhərə fiziki işlərlə başlayın

Bu düşüncənin özü belə ağrılı gəlir? Lakin səhər idmanı enerjinizi doldurmağa kömək edəcək və axşamınızı təmiz vicdanla digər fəaliyyətlərə həsr edə biləcəksiniz.

3. Soyuq duş qəbul edin

Bu proseduru qan dövranını və dərinin vəziyyətini yaxşılaşdırmaq, stresi azaltmaq və əhval-ruhiyyəni artırmaq üçün mütəmadi olaraq həyata keçirmək tövsiyə olunur.

4. Düzgün qidalanın

Gün ərzində yediyiniz kaloriləri hesablamaq üçün xüsusi tətbiqlərdən istifadə edə bilərsiniz. Təəccüblənəcəksiniz, amma qəbul etdiyiniz şəkər və yağın tərkibində çox az faydalı element var. Yağsız ət və tərəvəz yeyin və hər zaman orqanizminizi dinləyin.

5. Özünüzə qarşı dürüst olun

Bu, bəlkə də ən çətin, lakin çox dəyərli vərdişdir. Yaxşı və ya pis bir şey söyləmək istədiyiniz insanların siyahısını yaradın və onlara qarşı olan hisslərinizi məktubda təsvir edin. Bəzilərinə bu məktubları verə və münasibətlərinizə necə təsir etdiyini görə bilərsiniz. Ayrıca hisslərinizi və duyğularınızı izah edərkən nələr yaşadığınızı düşünün. Bu çox vacib təcrübədir.

6. Xərclərə nəzarət edin və qənaət etməyi öyrənin

Avtomobil təmirindən tutmuş bir fincan qəhvəyə qədər – bir neçə ay ərzində bütün xərclərinizi qəpiyinə kimi izləyin ki, maliyyə vəziyyətinizi obyektiv qiymətləndirə bilərsiniz. Sonra ödəniş üçün yalnız nağd puldan istifadə etməyə başlayın. Pulları fiziki olaraq əlinizdə hiss etdikdə, alış-veriş etməzdən əvvəl iki dəfə düşünəcəksiniz. “Qara gün” üçün pul yığmaq vərdişi isə sizə həyatınız boyunca çox kömək olacaq.

7. Auditoriya qarşısında çıxış etməyi öyrənin

Bu təcrübənin nə vaxt yararlı olacağını bilmirik. Məşq prosesinin özü ünsiyyət bacarıqlarını yaxşılaşdırmaq və özünəgüvən hissini gücləndirmək üçün vacibdir.

8. Kitab oxumaq üçün vaxt tapın

Bədii ədəbiyyat oxumaq vərdişi bizi daha ağıllı edir, emosional zəkanı inkişaf etdirir və hətta stres ilə mübarizə aparmağa kömək edir. Mütəmadi olaraq işlərinizi kənara qoymağı və kitab oxumaq üçün vaxt ayırmağı öyrənin.

9. Özünüzə hobbi və ya kənar layihə tapın

Yorğun iş həftəsində digər fəaliyyətlər üçün bir neçə saat vaxt tapmaq çətin olur, lakin bu lazımdır. Müxtəlif maraqlar – balanslı həyatın açarıdır. Lakin bir işdən digərinə keçməyə tələsməyin. Sevdiyiniz bir işi seçin və bu istiqamətdə inkişaf edin.

10. Yeni insanlarla tanış olun

Maraqlı insan gördünüz? Yaxınlaşın və tanış olun. Yeni insanlar həyatımıza yeni imkanlar gətirir. Şansınızı qaçırmayın!

11. Könüllü fəaliyyətlə məşğul olun

Könüllülük və xeyriyyəçilik fəaliyyəti özümüzü daha böyük olan bir şeyin hissəsi kimi hiss etməyə kömək edir. Bu, hər kəsin yaşamalı olduğu gözəl təcrübədir.

12. Səbirli olmağı ğyrənin

Heç kim gözləməyi sevmir. Hər kəsin vacib görüşləri və təcilli işləri olur. Lakin bəzən həyatımız plana uyğun getmir: reyslər gecikir, səriştəsiz insanlar bizi incidir, texnikamız xarab olur və s. Bununla belə, özünü stresə salmaq və baş verən hadisələrdə başqalarını günahlandırmaq – problemin həlli deyil. Buna görə hər dəfə bir şey qaydasında olmayanda dayanın və nəfəs alın.

13. Hədəflərinizə çatın

Sadəcən başlayın və ən yüksək hədəflərinizə çatmaq üçün mütəmadi olaraq plankanı qaldırın. Məsələn, hər səhər 1 km qaçırsınız, ilk baxışdan 10 km-lik məsafə sizi qorxuza bilər. Buna görə böyük hədəfinizi kiçik hissələrə bölün və hər gün irəliləməyə davam edin.

14. Yatmazdan əvvəl smartfondan istifadə etməyin

Ekranın mavi işığı yuxuya mənfi təsir göstərir. Bu səbəbdən yatmazdan bir neçə saat əvvəl smartfondan istifadə etməməyə çalışın.

15. Diqqətinizi keçmişiniz üzərində cəmləşdirməyin

Hər kəs vaxtaşırı keçmişinə görə peşmançılıq çəkir, buna görə səhvlərini təhlil etmək vacibdir. Lakin artıq dəyişdirə bilmədiyimiz bir şeyə görə əsəbiləşmək mənasızdır. Bu zəhərli duyğuları vərdiş halına gətirməyin! Keçmişdəki səhvlərdən dərs alın, lakin gələcəyinizi formalaşdırmasına imkan verməyin.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər