7 C
Baku
Sunday, December 15, 2024

Sizin əvəzinizdə növbədə dayanmaq üçün adam kiraləyə bilərsiniz!

Hindistanda, daha dəqiq desək, Dehlidə yeni BookMyChotu.com startapı yaradılıb və sayt banklarda pul mübadiləsi etmək üçün sizin əvəzinizdə növbədə dayanması üçün adam kirayələməyi təklif edir.

“Hansı professional insan 8-9 saatlıq iş günündən sonra növbədə dayanmaq üçün üç, yaxud dörd saat vaxt tapacaq?! Bizim işçilərimiz bunu onların əvəzində edəcək, müştəri isə onun növbəsi çatdıqda gəlib öz yerini tuta və işlərini həll edə bilər” deyə startap yaradıcısı Sadjet Sinx qeyd edib.

Növbədə dayanan bir nəfərin kirayə haqqı 1 saat üçün 1,5 dollardır. Sayt yaradıcılarının sözlərinə görə, şirkət hazırda xidmətlərinə olan böyük tələbatın öhdəsindən gəlməkdə çətinlik çəkir.

Qeyd edək ki, 9 noyabr 2016-cı ildə rüşvətxorluq ilə mübarizə aparmaq üçün Hindistanda 500 və 1000 rupi nominalında iri məbləğli banknotların dövriyyəsi qadağan edildi. Ölkə əhalisi banknotları yeni 500 və 2000 rupi ilə dəyişməlidir. Bu səbəbdən də banklarda və mübadilə məntəqələrində uzun növbələr yaranır.

 

Son xəbərlər
Digər xəbərlər