16 C
Baku
Wednesday, May 1, 2024

Sizin ağlınızı azad edəcək suallar

Bu əlli sualı özünə hər kəs verməlidir. Bu suallara düzgün və ya səhv cavab yoxdu. Bəzən düzgün təşkil olunmuş sual elə özü bir cavabdır.

1. Siz öz yaşınızı bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

2. Hansı pisdir: uğursuz yaşamaq və ya heç cəhd etməmək?

3. Həyat bu qədər qısadırsa, niyə biz etməyi sevmədiyimiz işləri edirik və etməyi sevdiyimiz işləri belə az edirik?

4. Əgər iş bitibsə, hər şey deyilib və edilib. Söz çox olub, yoxsa iş?

5. Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, siz nəyi dəyişdirərdiz?

6. Əgər xoşbəxtlik milli valyuta olsa, hansı iş sizi zəngin edər?

7. Siz inandığınız işləri edirsiniz, yoxsa etdiyiniz işlərə inanırsınız?

8. Əgər orta hesabla insan həyatı 40 il davam etsəydi, siz həyatınızı maksimal dərəcədə maraqlı yaşamaq üçün nəyi dəyişərdiniz?

9. Sizin həyatınızda baş verənlərə siz nə qədər nəzarət edirsiniz?

10. Siz ən çox nəyə görə narahat olursunuz: hər şeyi düzgün etməyə yoxsa düzgün şeyləri etməyə görə?

11. Siz hörmət etdiyiniz və dəyərləndirdiyiniz 3 insanla nahar edirsiniz. Onlar sizin ən yaxın dostunuzu tənqid etməyə başlayırlar, lakin sizin həmin şəxslə dostluq etdiyini bilmirlər. Bu alçaldıcı və haqsız bir tənqiddir. Siz nə edərdiniz?

12. Əgər siz balaca uşağa bütün həyatı boyu ona gərəkli ola biləcək bir məsləhət versəydiniz, siz nə deyərdiniz?

13. Sevdiyiniz insanı xilas etmək üçün qanunları poza bilərsiniz?

14. Daha öncə dəlilik gördüyünüz yerdə heç dahilik gördünüzmü?

15 Bu həyatda başqalarının etdiklərindən fərqlənən nə edirsiniz?

16. Necə olur ki, sizi xoşbəxt edən hadisələr, başqalarını etmir?

17. Nəyi siz çox etmək istəyirdiniz, lakin hələ də etməmisiniz? Sizi nə saxlayır?

18. Siz çoxdan vaz keçməli olduğunuz nəyisə hələ də saxlayırsınızmı?

19. Əgər sizə ömürlük başqa bir ölkəyə köçmək təklif edilsə idi, siz hansı ölkəyə köçərdiniz?

20. Siz liftin çağırış düyməsinə bir dəfədən artıq basırsınızmı? Siz həqiqətən də bunun lifti sürətləndirdiyinə inanırsınızmı?

21. Siz kim olmaq istərdiniz: əsəbi dahi, yoxsa xoşbəxt dəli?

22. Nəyə görə siz sizsiniz?

23. Əgər siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə sizin kimi bir dost istəyərmiydiniz?

24. Nə daha pisdir: Sizin yaxın dostunuzun başqa bir ölkəyə köçməsi, yoxsa yaxın dostunuzun sizin yanınızda yaşaması, amma sizin ünsiyyətinizin olmaması şərti ilə?

25. Bu həyatda siz ən çox nəyə görə minnətdarsınız?

26. Siz nəyi seçərdiniz: bütün keçmiş xatirələrinizi unutmağı, yoxsa heç bir zaman yeni xatirələrinizin olmamasını?

27. Mübarizə aparmadan həqiqətə nail olmaq olarmı?

28. Sizin ən böyük qorxunuz gerçək olubmu?

29. Siz beş il bundan əvvəl necə eybəcər bir bədən quruluşuna sahib olduğunuzu xatırlayırsınızmı? İndi bunun bir əhəmiyyəti varmı?

30. Sizin uşaqlığınız haqqında ən xoşbəxt xatirəniz hansıdır? Onu bu cür nə edir?

31. Sizin keçmişinizdən hansı hadisələr özünüzü həqiqi, canlı hesab etməyə vadar ediblər?

32. Əgər indi yox, bəs nə vaxt?

33. Əgər siz hələ buna nail olmamısınızsa, onda nə itirə bilərsiniz?

34. Sizin həyatınızda belə bir hadisə olubmu ki, siz kiminləsə oturmusunuz və heç nə danışmamısınız, lakin bunun həyatınızda ən yaxşı söhbət hesab edirsiniz?

35. Nəyə görə sevgini təbliğ edən bir din bu qədər müharibəyə səbəb olub?

36. Şübhəsiz nəyin yaxşı, nəyin isə pis olduğunu bilmək olarmı?

37. Əgər sizə indi bir milyon dollar pul versə idilər, siz işdən çıxardınızmı?

38. Siz ən çox nəyi istəyərdiniz: çox işiniz olmasını, yoxsa az. Yaxud sevdiyiniz işinizin olmasını?

39. Sizin bugünkü günün bundan əvvəl dəfələrlə təkrar olunduğuna adi təəssüratınız varmı?

40. Siz axırıncı dəfə nə zaman ağlınızda balaca bir fikir olduğu, lakin bu fikrə çox inandığınız halda fəaliyyət göstərməyə başlamısınız?

41. Əgər sizin tanıdığız hər kəs sabah rəhmətə getsələr, siz bu gün kimi ziyarət edərdiniz?

42. Siz həyatınızın 10 ilini bütün dünyada şöhrət qazanmağa və cazibədarlığa dəyişərmiydiniz?

43. Yaşamaq və var olmaq arasında fərq nədir?

44. Siz nə zaman riski gözə almağa və düzgün bildiyiniz işlə məşğul olmağa başlayacaqsınız?

45. Əgər biz hamımız səhvlərimizdən dərs çıxarırıqsa, o zaman nəyə görə səhv etməkdən qorxuruq?

46. Siz heç kəsin sizi mühakimə etmədiyini bilsəydiniz, nəyi fərqli cəhətdə edərdiniz?

47. Siz axırıncı dəfə nə zaman öz nəfəsinizin səsini eşitmisiniz? Bəs ürək döyüntünüzü?

48. Siz nəyi sevirsiniz? Sizin sonuncu hərəkətləriniz bu sevgini ifadə edirdilərmi?

49. Beş il ərzində siz dünən nə etdiyinizi bilə bilərdinizmi? Bəs sırağagün? Bəs daha da sırağagün?

50. Qərarları burada və indi edirlər. Siz qərarları özünüz verirsiniz, yoxsa bunu sizin əvəzinizə başqaları edir?

Son xəbərlər
 ⁠
Digər xəbərlər