11 C
Baku
Monday, November 25, 2024

Sizin bankda əmanətiniz var?

Bankda əmanət sizin gələcək sərmayənizdir, 5-10 il sonrakı planlarınızın təminatçısıdır.

Unibank-ın 31 Oktyabr Beynəlxalq Əmanət günü çərçivəsində keçirdiyi silsilə tədbirlərin məqsədi də  vətəndaşları depozit qoyuluşunun faydaları haqda məlumatlandırmaq idi.

Noyabr ayı ərzində davam edən “Maliyyə savadlılığı” tədbirləri çərçivəsində bank əməkdaşları tərəfindən Bakı, Gəncə, Şəmkir və İmişli rayonlarında yerləşən orta məktəblərdə keçirilən görüşlərdə şagirdlərə əmanət qoyuluşları, bank xidmətləri haqda məlumat verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb. Keçirilən görüşlərdə şagirdlərə Əmanət günü ilə bağlı bukletlər və hədiyyələr təqdim olunub.

“Maliyyə savadlılığı” aylığı çərçivəsində bankın “Bakıxanov-2”,  “Şəki” və “Tovuz” filiallarında keçirilən “Açıq qapı” günlərində filiallara gələn müştərilərə və məktəblilərə Əmanət günü haqda geniş məlumatlar verilib.

Qeyd edək ki, ölkəmizdə 31 oktyabr Beynəlxalq Əmanət günü 3 ildir ki, keçirilir. Unibank  Mərkəzi Bankın təşəbbüsü ilə qeyd edilən bu  tədbirlərin ən fəal iştirakçılarındandır.

Ətraflı məlumatları Unibank-ın rəsmi facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər