12 C
Baku
Friday, December 5, 2025

“Sizin Lombard” 50 şəxsdən 2 mln. borc götürdü – 7 il sonra qaytaracaq

“GL” ASC-nin (Sizin Lombard) Bakı Fond Birjasında (BFB)  AZ2039020287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində yekunlaşmışıb. 

Banker.az xəbər verir ki, “Sizin Lombard”ın 15% illik gəlirlilik təklif edən istiqrazlarına 50 sifariş verilib. İstiqrazların ümumi həcmi 2 mln. manatı əhatə edir.

Xatırladaq ki, “GL” ASC 2016-cı ildə təsis edilib və səhmdarı 100 faiz payla Quliyev Fərman Eldar oğludur.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2039020287
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı 2,000 ədəd
İlkin ticarət qiyməti 1,000 manat
İstiqrazların buraxılış həcmi 2,000,000 manat
Kupon faizi 15%
Ödəmə Periodu Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti 7 il
Hərrac qiyməti* 1,000 manat
Reallaşdırılmış həcm 2,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 2,000,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Anderrayter  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Son xəbərlər
Digər xəbərlər