17 C
Baku
Thursday, May 23, 2024

Sizin üçün ən dəyərli olan nədir?

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və uşağa vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.

Dəfndən sonrakı axşam kişi mərhumun kimsəsiz qalmış evinə daxil olur. Hər şey məhz neçə-neçə illər əvvəl olduğu kimi idi…. Amma bircə stolun üstündə olan qızılı rəngli qutu yox idi. Qocanın sözlərinə görə o bu qutuda onun üçün ən əziz, ən dəyərli olan əşyanı saxlayırdı. Cavan kişi düşünür ki, yəqin qutunu mərhumun azsaylı qohumlarından biri götürüb. Daha sonra o, evi tərk edir.

Amma iki həftə sonra o, bir bağlama alır. Bağlamanın üstündə rəhmətə getmiş qonşusunun adını görən kiçi diksinir və sonra bağlamanı açır. Içəridə həmin qızılı rəngli qutu var idi. Qutunun içində isə qızıl qol saatı vardı, saatda yazılmışdı: “Mənimlə keçirdiyin zaman görə, çox sağ ol”.

Gənc adam başa düşür ki, qoca kişi üçün ən dəyərli varlı balaca dostu ilə keçirdiyi vaxt idi. Həmin dövrdən sonra gənc adam ailəsinə və oğluna daha çox vaxt ayırmağa çalışır.

Həyat heç də aldığımız nəfəslərin sayı ilə ölçülmür. O, bizi nəfəsimizi kəsməyə məcbur edən anların, məqamların sayı ilə ölçülür.

Zaman hər saniyə axıb gedir və onu saxlamaq mümkün deyil. Amma elə indi onu bundan sonra necə sərf edəcəyinizi düşünməyə dəyər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər