Yeni kartın müştərilərə təqdim edilməsi bu ilin sonuna planlaşdırılır.
Skandinaviyanın Handelsbanken bankı, bilərziyə, saatların kəmərlərinə və yaxud breloklara yerləşdirmə imkanı yaradan təmassız mikrokartları testdən keçirtməyə başlayıb. Beləliklə, maliyyə təşkilatları bazarda mövcud olan köhnəlmiş ödəniş cihazlar haqqında qərar təqdim edib.
Mini-kartların test çərçivəsində Handelsbanken Norveçin Milli ödəniş sistemi ilə, debet kartları üzrə xidmət göstərən BankAxept şirkəti ilə, həmçinin yerli İT-firma olan Evry ilə əməkdaşlıq edir.
Əğər sınaq uğurlu olarsa, müştərilər yeni kartı artıq 2018-ci ilin sonuna istifadə edəcəklər.
Mikrokart su keçirməzdir. Həmçinin o, Evry şirkəti tərəfindən təmassız texnologiya ilə təchiz edilib və bir başa isifadəçinin bank hesabına birləşdirilib.
Bu mikrokart hal hazırda mövcud olan hər hansı digər çıxış yoluna nisbətən daha tez və rahat ödəniş aparmağa imkan yaradır. Məsələn, çimərlikdə olduğunuz zaman sukeçirməz kartı brasletə yerləşdirmək olar. Buna görə insan sudan çıxan kimi özunə dondurma ala bilər və bunun ödənişi üçün cüzdan və yaxud mobil telefon gəzdirməyinə ehtiyyac olmayacaq.
Handelsbankenin meneceri
Entoni Bredi
____________________________________________________”