21 C
Baku
Monday, August 15, 2022

Skimminqdən müdafiənin doqquz üsulu

Əgər sizə hələ “skimmer” sözü tanış deyilsə, onu öyrənməli olacaqsınız. Skimminq getdikcə yayılır və çoxlarınız gec və ya tez bununla qarşılaşacaqsınız. Sayıqlıq göstərməsəniz, skimmerlərlə tanışlıq pullarınızla vidalaşmanıza səbəb olacaq.

 Wisebread.com saytının jurnalisti Pol Maykl öz vəsaitlərinin təhlükəsizliyini  təmin etməyin yolları barədə danışır. 

Fırıldaqçılar həvəslə texniki tərəqqinin bəhrələrindən və bizim diqqətsizliyimizdən  istifadə edir. Bədəməllər arasında bankomatlar xüsusi populyarlıq qazanmışdır: birincisi, onlar hər zaman pulla doludur, ikincisi, qurbanını qəfil yaxalayıb onun hesabına qazanmağın çoxlu üsulları mövcuddur. Bununla belə, cinayətkarlar da bu vəziyyətdə bir qədər zəifdir – onları məhz bankomatların qarşısında yaxalayıb həbs etmək daha rahatdır. Bu səbəbdən də, onlar bütün çirkli işləri yerinə yetirməyi bacaran qurğular ixtira etmişlər. Bu qurğular skimmerlərdir.

 Skimmer iki hissədən ibarətdir. Birinci hissə özünəməxsus bənd olub, kardriderə bərkidilir. Skimmerin ikinci hissəsi kiçim videokamera olub həmin yerə və ya bankomatın üst hissəsinə birləşdirilir. Kardrider sizin kartın məlumatlarını yazır və bu məlumatların köməyi ilə canilər eynilə sizin plastikdən hazırlayır. Videokamera isə yığılan PİN-kodları yazmaq üçün nəzərdə tutulur.

Fırıldaqçılar o qədər də ələkeçməz deyilllər, bəzən isə ağılsız tərpənirlər. Amma bu, heç də sayıqlığı əldən vermək üçün səbəb deyil, belə ki, skimmerlər peşəkarcasına hazırlanır.

 Internetdə skimmerlər haqda material toplayan məqalə müəllifi çox maraqlı bir şey kəşf etmişdir. Axtarıç maşınının verdiyi istinadlar arasında milyonlarla link “alqı-satqı” sözləri olan linklər olmuşdur. Məlum olmuşdur ki, bu qurğunun alqısında çox adam maraqlıdır – hətta onu bu dəqiqə 2 min dollara əldə etmək istəyənlər üçün də elan var imiş. Bundan əlavə, Şəbəkədə bankomatlar üçün nəzərdə tutulan casus qurğuların sərbəsr hazırlanması üzrə təlimatlar da verilən istinadlar vardır. Bu şəraitdə təhlükəsizlik qaydalarına daha sayıqlıqla riayət etmək zəruridir. Bunlar aşağıdakılardır:

 1. İntuisiyanıza etibar edin. Əgər sizə elə gəlirsə ki, bankomat qaydasında deyil, ondan istifadə etməyin. Ordan-burdan düşən məftillər və ya kardriderin yanında rəngi uyğun gəlməyən plastik –şübhələr üçün kifayət qədər səbəbdir. Qoy lap səhv edəsiniz, lakin risk etməyə dəyməz.

 2. Bankomatın ətrafına yaxşı-yaxşı göz gəzdirin, güzgülərin və başqa şübhəli əşyaların olmadığıma əmin olun. Bankomatın quraşdırıldığı kabinədə kənar əşyalar olmamalıdır. Reklam vərəqləri üçün qurulan yerlərə diqqət yetirin – casus avadanlıqları çox vaxt həmin yerlərdə gizlədilir.

3. PİN-kodu qoruyun. Onu kənar gözlərdən qorumaq lazımdır, lap sizin arxanızda növbədə duran kiməsə bu, xəstəlik kimi görünsə belə. Rəqəmləri yığarkən klaviaturanı ovcunuzla gizlədin. Primitiv müdafiə olsa da, müstəsnasız işləyir.

 4. Mühafizəkar olub eyni bankomatdan istifadə edin.  Bu sizi skimminqdən qoruyar və adət etdiyiniz bankomatda kənar qurğu nəzərinizə tez çarpar.

 5. Videomüşahidə altında olan bankomatlardan istifadə edin. Bir qayda olaraq, belə bankomatlar skimmer quraşdırılmasından daha çox sığortalanır.

 6. Şübhəli yerlərdə quraşdırılan bankomatlardan ehtiyat edin. Skimmerləri insanların çox olduğu yerlərdən uzaqda quraşdırmaq daha rahatdır. Imkan varsa, öz bankınızın ofislərində olan bankomatlardan istifadə edin. Səyyar hesablayıcı qurğulardan da istifadə etmək təhlükəsiz deyil.

 7. Bankomata toxunmaqdan qorxmayın. Qurğunun həmişə adət etdiyiniz formada olduğunu gördükdə cəsarətlə skimmer quraşdırılıb-quraşdırılmadığını yoxlayın. Fırıldaqçılar kardriderdən casus qurğusunu çıxara bilirlərsə, bunu siz də edə bilərsiniz.

 8. Kənardan kimsə sizə yardım etmək istəyirsə, heç vaxt razı olmayın. Fırıldaqçılar çox vaxt texniki personal və ya bank işçiləri kimi geyinir və bəzən də müştəri kimi özlərini qələmə verirlər. Bu, bankomatdan istifadə barədə sizdən soruşan yaşlı qadın  və ya qurğunun təmiri ilə məşğul olan uniforma geyinmiş cavan oğlan da ola bilər. Üzünüzü çevirib gedin.

9. Sizə nə isə şübhəli görünən zaman bankoatın quraşdırıldığı yerdə rəhbərləyə məlumat verin. Ola bilər siz yanlış həyəcan siqnalı verərsiniz, lakin sayıqlıq çox vaxt hər hansı cinayətin qarşısını almağa imkan verir.

Son xəbərlər
Oxşar xəbərlər