Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət dövrü ərzində ümumi dəyəri 4,7 mlrd. manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 mlrd. manat ədan artıq güzəştli kredit verilib.
Bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.
Ş.Abdullayevin sözlərinə görə, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb.
“Güzəştli kreditlərin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75%-i ölkə regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93%-ni kiçik və orta həcmli kreditlər təşkil edir”,- deyə Ş.Abdullayev vurğulayıb.