Çexiyanın “Skoda” şirkəti mikrosxem çatışmazlığı səbəbindən avtomobil istehsalını kəskin azaltmalı olub. Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir. Müəssisələrdəki durğunluq istehsalçını bəzi iş növbələrini ləğv etməyə məcbur edib.
Qeyd edildiyi kimi, bəzi komponentlərin təchizatı azalmağa davam edəcək. Mütəxəssislərin fikrincə, hal-hazırda “Skoda” son 30 ildə ən çətin dövrlərini yaşayır.
Elektron komponentlərin çatışmazlığı ilə təkcə “Skoda” deyil, bir çox digər avtomobil istehsalçıları da üzləşib.