-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Skoda” yeni nəsil “Fabia” avtomobillərini təqdim edib – Foto

Çexiyanın “Skoda” şirkəti rəsmi olaraq dördüncü nəsil “Fabia” avtomobillərini təqdim edib. Onlayn-premyera virtual platformada baş tutub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Avtomobil “Volkswagen Group”un kompakt modellərinin əksəriyyətinin əsasını təşkil edən “MQB-A0” modul platforması üzərində qurulub.

skoda fabia 02

Model nəzərə çarpacaq dərəcədə böyükdür – təkər bazası 94 mm (2564 mm-ə qədər), ümumi uzunluğu 111 mm (4108 mm-ə qədər), eni 48 mm (1780 mm-ə qədər) artıb, hündürlük isə 8 mm (1459 mm) azalıb. Eyni zamanda yeni “Skoda Fabia” ayrıca sensorlu məlumat-əyləncə displeyi ilə təchiz olunub.

skoda fabia 04

Yeni “Skoda Fabia” üç silindrli 1.0 MPI mühərriki (65 və ya 80 at gücü), 1.0 TSI turbomühərrik (95 və ya 110 at gücü), həmçinin 150 at gücündə 1.5 TSI mühərrikini alacaq. Sürətlə qutusu mexaniki və robotlaşdırılmış versiyalarda mövcuddur.

skoda fabia 06 skoda fabia 07

Avropa bazarında “Skoda Fabia” Avropa bazarına bu yay çıxacaq.

skoda fabia 12

Son xəbərlər
Oxşar xəbərlər