2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 1,1 milyard manat məbləğində məhsul istehsal edilib, 336 milyon manat dəyərində məhsul ixrac olunub. Bu barədə SKSP-dən məlumat verilir.
2020-ci ildə SKSP-də məhsulı istehsalı 2019-cu illə müqayisədə 37%, ixrac 18% artıb.
Hazırda 24 müəssisə SKSP-nin rezidentidir, istifadəyə verilən müəssisələrin sayı isə 15-ə çatıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3.1 milyard sərmayə qoymalıdırlar.