26 C
Baku
Saturday, July 27, 2024

Sky: Brexit müqaviləsi üzrə parlament səsverməsi yanvarın 15-də keçiriləcək

Britaniya Parlamentinin İcmalar Palatasında Brexit razılaşmasının şərtləri ilə bağlı səsvermə yanvarın 15-də keçirilməlidir. Bu haqda bazar ertəsi Sky News kanalı öz mənbələrinə istinad edərək bildirib.

Tereza Mey bildirmişdir ki, səsvermə bu həftə parlament müzakirələrindən sonra ya yanvarın 14-ü, ya da 15-i baş tutacaq. Hökumət yaxın bir neçə gündə üç sahədə bir sıra yeni tədbirlər görəcəyini vəd etmişdir: Şimali İrlandiya məsələsi Brüsseldəki danışıqların növbəti mərhələsində Britaniya Parlamentinin rolunun gücləndirilməsi və Aİ tərəfindən əlavə sığortaların alınması sahəsində.

Bu problemlərin ən önəmlisi, Şimali İrlandiya məsələsidir. Belə ki, Şm. İrlandiya Aİ-nın gömrük ittifaqında və Avropa bazarında qalması məsələsi ətrafında mübahisələr meydana gəlmişdir.  

Keçən il noyabrın 25-də Aİ və Böyük Britaniya, Brexit müqaviləsi üzrə razılığa gələ bilmişlər, lakin Tereza Mey hələ də ciddi daxili siyasi təzyiqlərə məruz qalır. Bunun səbəbi isə İcma Palatasının üzvlərinin mövcud qərar ilə razılaşmaması olmuşdur. Onlar baş nazirdən Brexit məsələsinin həlindən sonra, Şimali İrlandiya məsələsini yenidən nəzərdən keçirilməsini tələb edirlər. Yaranmış vəziyyətə uyğun olaraq, Britaniyanın hökumət başçısı, səsverməni 11 dekabra qədər təxirə salmışdır.

Son xəbərlər
Digər xəbərlər