Amerikanın “Microsoft” korporasiyası “Skype” videokonfrans xidmətini 2025-ci ilin mayında bağlayacağını açıqlayıb. “May ayından etibarən “Skype” artıq mövcud olmayacaq. “Team” vasitəsilə zəng etməyə və söhbət etməyə davam edin”, – mesajda deyilir.
Xatırladaq ki, “Skype” 2003-cü ildə işə düşüb, 2011-ci ildə isə “Microsoft” onu 8.5 milyard dollara alıb. Son on il ərzində şirkət dəfələrlə xidməti yeniləyib və yenidən dizayn edib, 2016-cı ildə isə “Skype” texnologiyası əsasında qurulmuş “Teams” xidmətini təqdim edib.
O vaxtdan bəri, şirkət “Skype”ı yeniləməyə davam etsə də, “Teams” prioritet olub. 2023-cü ildə “Microsoft” xidmətə “Bing” çat-botunu ona əlavə edib.