24 C
Baku
Wednesday, August 17, 2022

“Skype” istifadəçilərin göndərəcəyi faylın həcmini artırdı

“Skype” şirkətində istifadəçilərin bir-birinə göndərə biləcəkləri faylların maksimal həcmini artırmaq qərarına gəliblər.

Məlumatına görə, bundan sonra hər bir istifadəçi həcmi 300 meqabaytı keçməyən məlumatları bölüşə biləcək.

Daha əvvəl bu göstərici 100 meqabayt idi. Ancaq inkişafda olan texnologiyalar və cihazlarla “Skype” rəhbərliyi göndərilən məlumatların maksimal həcmini sürətin itirilməməsi şərti ilə artıra bilib.

Bu hadisə serverlərin yüklənməsində əks olunmayacaq. “Skype”da əmindirlər ki, bu cür dəyişikliklər ümumilikdə bütün sistemə müsbət təsir edəcək və istifadəçilərə ünsiyyət qurmaqla bərabər, mühüm məlumatları bölüşmək imkanı verəcək.

Əgər 300 meqabayt məlumatın göndərilməsi də kifayət etmirsə, “Skype” 5 qiqabayt məlumatı saxlamağa və ötürməyə imkan verən “OneDrive” xidmətindən istifadə etməyi məsləhət görüb.

Lent.az

Son xəbərlər
Oxşar xəbərlər