10 C
Baku
Thursday, December 12, 2024

“Slack” xidməti 50 milyon dollarlıq yeni investisiya fondunu yaradıb

“Slack” xidməti 50 milyon dollarlıq yeni vençur fondunu işə salıb. Şirkət iş üçün alət inkişafetdiricilərinə investisiya yatırmağı planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, bu fond inteqrasiya olub-olmamasından asılı olmayaraq bütün korporativ xidmətlərə maraq göstərəcək. Bu barədə “Slack”ın vençur şöbəsinin rəhbəri Ceyson Spinell bildirib.

Xatırladaq ki, xidmət 2015-ci ildə 25 milyon dollara daha bir fondunu işə salmışdır. Lakin beş il bundan əvvəl bu fond yalnız “Slack” üçün alətlər inkişaf etdirən insanları nəzərdən keçirib.

Pandemiya səbəbindən startapların “Slack” ilə inteqrasiya olunmasına ehtiyac olmasa da, əksəriyyət məlumatların daha sürətli yayılmasını təmin etmək üçün ortaq söhbət otaqlarından istifadə edir.

Qeyd edək ki, dekabrın əvvəllərində “Slack” messenceri proqram təminatı istehsalçısı “Salesforce” xidmətini alacağını açıqlamışdı. Bu müqavilə “Slack” və “Teams” arasındakı rəqabəti daha da güclənməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər