8 C
Baku
Monday, November 18, 2024

Slovakiya Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

“Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlət başçısı bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər