Slovakiya Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirləri səviyyəsində keçirilən iclasda Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulunu bir daha əngəlləyib.
Bu barədə Slovakiyanın “TASR” informasiya agentliyi məlumat yayıb.
Slovakiya Rusiya qazından imtina ediləcəyi təqdirdə enerji resurslarının əldə olunması ilə bağlı vəziyyəti müzakirə etmək üçün Avropa Komissiyası ilə məsləhətləşmələri davam etdirəcək.