19 C
Baku
Sunday, May 19, 2024

Slovakiya Azərbaycana ildə 8 mln. avro dəyərində mal ixrac edir

Slovakiya hazırda Azərbaycana ildə 8 milyon avro dəyərində mal ixrac edir, 1 milyon avro dəyərində idxal edir.

Bunu Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı üzrə Agentliyinin rəhbəri Robert Simoniç Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

“Bununla belə, yeni sazişlər imzalanacaq və bu, ölkələrimiz arasında ticarət həcmini artıracaq”, – nazir bildirib.

Onun sözlərinə görə, Slovakiya enerji, İKT, elektronika istehsalı, avtomobil sənayesi, kosmik sənaye və peyk texnologiyaları sahələrini fəal şəkildə inkişaf etdirir: “Bununla yanaşı, paylaşa biləcəyi geniş təcrübəyə malikdir. Bütün bunlar bu gün forumda imzalanmış sənədlər nəzərə alınmaqla gələcək əməkdaşlıq üçün zəmin yarada bilər”.

R. Simoniç vurğulayıb ki, son bir neçə ildə Azərbaycan və Slovakiya əməkdaşlığın inkişafına yönəlmiş 4-5 birgə tədbir keçirib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər