Slovakiya Azərbaycanda səfirlik açacaq.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.
“Bakıda səfirlik açmağa qərar verdik. Ümid edirəm ki, bu, tezliklə olacaq”, – M.Layçak deyib.