15 C
Baku
Friday, November 8, 2024

Slovakiya bu şərtlə Rusiya neftindən imtina edəcək

Slovakiya bir şərtlə “Drujba” kəməri ilə alınan Rusiya neftindən imtina etməyə razı olacaq. Bildirilir ki, Bratislava Avropa İttifaqının ölkəyə bütün mümkün itkiləri ödəyəcəyinə dair zəmanət tələb edir, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xüsusilə, Bratislava 700-800 milyon avro dəyərində qiymətləndirdiyi mümkün xərclərin böyük hissəsini ödəməyi xahiş edib. Vurğulanır ki, Macarıstan da dəstək zəmanəti olmadan Rusiya neftindən imtina etməyəcək.

May ayında bildirilmişdi ki, Avropa İttifaqı Rusiya neftinin alınmasına embarqo qəbul etsə, Slovakiya özü üçün istisna axtaracaq. Slovakiyanın baş nazirinin sözlərinə görə, Rusiya yanacağının fasiləsiz təchizatı respublika iqtisadiyyatı üçün həyati vacib məsələyə çevrilib.

Son xəbərlər
Digər xəbərlər