Slovakiya Finlandiya ilə 76 ədəd “Patria AMVXP” zirehli transportyorunun alışına dair müqavilə imzalayıb.
Müqavilənin ümumi dəyəri 447 milyon avrodur. Zirehli transportyorların ilk partiyası 2023-cü ilin sentyabrında təhvil veriləcək.
8X8 təkər formuluna malik “AMVXP” zirehli transportyorlarını Finlandiyanın Patria şirkəti istehsal edir. Bu maşınlar Finlandiya, Sloveniya, Xorvatiya, Polşa, İsveç və BƏƏ-nin arsenalında yer alır.