Slovakiya gələcəkdə avtomobillərin istehsalı mərkəzinə çevrilmək niyyətindədir

Slovakiya gələcəkdə aparıcı avtomobil konsernlərinin öz yeni modellərini istehsal etdiyi mərkəzə çevrilmək niyyətindədir. Bu məqsədlə avtomobil istehsalı sənayesində rəqabət qabiliyyətini qorumaq məqsədilə istehsalın yaradıcı mərhələsinin də bu ölkədə həyata keçirilməsi nəzərdə tutulur.
Bu fikirləri Dünya İqtisadi Forumunda iştirak edən Slovakiyanın Xarici İşlər Naziri Miroslav Layçak səsləndirib. O bildirib ki, ölkəsi özünü ehtiyat hissələrdən avtomobillərin yığıldığı məkan kimi deyil, daha çox gələcək avtomobil modellərinin yaradıldığı, inkişaf etdirildiyi və avtomobil sənayesində mühüm qərarların qəbul edildiyi məkan kimi görmək istəyir. Buna görə də, tədqiqat və inkişaf mərhələsinin bu ölkədə reallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 5,4 milyon nəfər əhalisi olan Slovakiya adambaşına düşən avtomobil istehsalına görə dünyada birinci yerdədir. 2019-cu ildə “Volkswagen”, “Peugeot”, “Kia”, “Jaguar”, “Land Rover” və digər avtomobil konsernləri bu ölkədəki zavodlarında ümumilikdə 1,1 milyon avtomobil istehsal ediblər. Bu isə əhalinin hər min nəfərinə 202 istehsal olunmuş avtomobil deməkdir. Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları