Slovakiyanın Milli Şurası (parlamenti) İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Slovakiya Prezidenti Zuzana Çaputova bu ölkələrin Şimali Atlantika Alyansına üzvlüyünün tərəfdarı olduğunu bildirib.
Slovakiyada onların alyansa qəbulu ilə bağlı ratifikasiya prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.
Qeyd edək ki, iyun ayında NATO-nun Madriddə keçirilən sammitində İsveç və Finlandiyanın Alyansa üzv qəbul olunması barədə razılıq əldə edilib. NATO-nun 30 ölkəsindən əksəriyyəti İsveç və Finlandiyanın Alyansa üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib.