33 C
Baku
Wednesday, July 17, 2024

Slovakiya Prezidenti vətəndaşlara Ukrayna tərəfində döyüşməyə icazə verib

Slovakiya Prezidenti Zuzana Çaputova ilk dəfə ölkənin yeddi vətəndaşına Ukraynadakı müharibədə Kiyevin tərəfində döyüşməyə icazə verib. Bu barədə “Pravda” qəzeti məlumat yayıb.

Dövlət başçısının mətbuat katibi Martin Strijinets deyib ki, Çaputova Ukraynada döyüşmək istəyənlərlə bağlı 26 sərəncam qəbul edib ki, onlardan 7-si döyüşlərdə iştiraka icazə verir.

2022-ci il fevralın sonunda Slovakiyanın baş prokuroru Maros Zilinka xəbərdarlıq edib ki, ölkə qanunvericiliyi vətəndaşlara xarici qoşunlarda xidməti qadağan edir. İstisna kimi yalnız Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq əmri ola bilər.

Bundan əvvəl isə “Pravda” qəzeti Slovakiyanın Ukraynaya hədiyyə olaraq 170 milyon avro dəyərində hərbi texnika göndərdiyini, həmçinin Kiyevlə bu cür texnikanın tədarükü üçün daha 148 milyon avroya müqavilə imzaladığını yazıb.

 

Son xəbərlər
Digər xəbərlər